Hazırda hamilə sevgilisi Corcina Rodrigez ilə birlikdə olan futbolçu Kriştiano Ronaldo haqda yeni xəbərlər yayılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Ronaldo bir müddətdir İnstaqramda təqib etdiyi rus model Katya Matetskaya ilə görüşüb.

İddialara əsasən, ikili sosial mediada bir-birilərinə nömrələrini veriblər və “whatsapp”dan yazışmağa başlayıblar.

Daha sonra Kriştianonun 22 yaşlı modelə Moskvada yerləşən “Novikov” barda görüşmək təklif etdiyi və Katyadan bunu gizli saxlamağı xahiş etdiyi bildirilir.

Matetskayanın sözlərinə əsasən, o, barda Ronaldo və Andre Silva ilə görüşüb daha sonra oranı tək tərk edib.

Qeyd edək ki, Ronaldonun üç övladı var. Böyük oğlu Ronaldo balaca 2010-cu ildə surroqat ana vasitəsilə doğulub. İyunun 8-də isə yenidən surroqat ana vasitəsilə Yeva və Mateo adlı əkizləri olub. Corcina Rodriqez isə sentyabrda qız anası olacaq.

corcina-azeuro-4 corcina-azeuro-3 corcuna-azeuro-2 corcina-azeuro-1