Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq ikinci dəfə ata olub. Modern.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki. onun daha bir qızı dünyaya gəlib.

Mark və əyat yoldaşı Prisçilla Çan dünyaya gələn ikinci qızlarına Asvqusta adı verib. Zukerberq Facebook-da yeni doğulmuş qızın məktub da ünvanlayıb: “Əzizimiz Avqusta, bu dünyaya xoş gəldin. Anan və mən səbirsizliklə gözləyirik ki, sən böyüyüb kim olacaqsan”.

5 ildir evli olan Prisçilla Çan və Mark Zukerberqin Maks adında bir qızları da var.

Qeyd edək ki, Prisçilla Çan və Mark Zukerberq 19 may 2012-ci ildə evlənib. 2015-ci il dekbarın 1-də isə qızları Maks dünyaya gəlib.