Azərbaycanlı zəvvarların vəziyyəti yaxşıdır, sağlamlıqları ilə bağlı narahatlıq yoxdur. AzEuroNews.com xəbər verir ki, bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Məlumatda qeyd olunub ki, azərbaycanlı zəvvarların bir hissəsi avqustun 29-da gecə saatlarında, digər hissəsi isə avqustun 30-u gecə saatlarında Ərafata çıxacaq.

Avqustun 31-də isə Ərəfat vəqfəsi həyata keçiriləcək, əsas Həcc ayinlərinin icrasına başlanılacaq.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.