Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası  (TŞ) Myanmanın Arakan bölgəsindəki vəziyyətin  müzakirəsi üçün toplanır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Arakan bölgəsində yaşanan iğtişaşlarla bağlı təcili toplantı keçiriləcək.

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Metyu Raykroft bildirib ki, İngiltərə Myanmadakı vəziyyətin müzakirəsi üçün təcili toplantı tələbi ilə BMT TŞ-yə müraciət edib.

Qeyd edək ki, son 3 gündə Arakan bölgəsində hökumət qüvvələri və buddist rahiblərin rəhbərliyi altında 3 mindən artıq müsəlmanı qətlə yetirilib.