Fərhad ÇAĞTÜRK/  Paytaxtda 2 qadın bıçaqlanıb. AzEuroNews.com-un məlumatına görə, hadisə Bakının Nizami rayonunda Qara Qarayev prospekti, ev 61 ünvanında yerləşən binanın giriş qapısının qarşısında baş verib. 24 yaşlı Vüsalə Əmiraslan qızı Saramanova və onun 32 yaşlı rəfiqəsi Elnarə Yanar qızı Mikayılova naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Onların hər birinə 6 bıçaq zərbəsi vurulub. Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya catdırılıblar. Onların vəziyyətləri orta ağır qiymətləndirilir. Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulmaları istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.