Milli Televiziya və Radio Şurası (MTRŞ) rəqəmsal yayıma keçiddən sonra regionlarda bəzi hallarda televiziya siqnallarının itməsi məsələsinə aydınlıq gətirib.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli Trend-ə bildirib ki, bu artıq texniki məsələdir: “Bu işlə yayım sahəsində fəaliyyət göstərən qurumlar məşğul olmalıdır. Bu məsələ televiziya kanalı ilə yayımı aparan qurum arasında həll olunmalıdır. Televiziya kanalı özü maraqlı olmalıdır ki, verilişləri daim hər yerdə yayımlansın”.

N.Məhərrəmli vurğulayıb ki, televiziya kanalının yayımında texniki problemlərin olması onun daxili işidir:

“Təbii ki, əgər televiziya kanalı bilərəkdən, məqsədli şəkildə hər hansı bir ərazidə yayımı aparmırsa, artıq biz o məsələyə müdaxilə edirik. Çünki biz televiziya kanalına o ərazidə yayımı aparmaq üçün lisenziya vermişik. Amma yayımda texniki problem olursa, biz o məsələyə qarışmırıq”.