Fərhad ÇAĞTÜRK/  Almaniyanın Raynbax şəhərindəki qaçqın kampında dava olub. Suriyalı iki qardaşın həmyerliləri ilə əlbəyaxaya çıxması nəticəsində tərəflər xəsarət alıblar. Bu barədə AzEuroNews.coma  davanın baş verdiyi “Şornbuşveq” (Schornbuschweg-almanca) kampında qalan həmvətənimiz məlumat verib. Onun sözlərinə görə, davaya səbəb suriyalı qardaşlardan birinin həmyerlisinin üstünə qaynar su tökməsi olub.

"Şornbuşveq" kampı
“Şornbuşveq” kampı

“Konteynerlərdə qalırıq. Nahara gedirdik, gördük davadır. Suriyalı qardaşlardan biri həmyerlisinin üstünə bilərəkdən qaynar su tökdü. Digər qardaşı da gəlib onu vurmağa başladı. Qarşılıq verən suriyalı üstündə gəzdirdiyi şüşə parçası ilə onların üzlərinə və əllərinə xəsarət yetirdi. Tez mühafizəçilər gəldi və tərəfləri ayırıb kamp şefinin otağına apardılar” deyə həmvətənimiz saytımıza məlumat verib.

raynbax qacqin kampi

Onun sözlərinə görə,  az sonra növbətçi həkim gəlib və dava edənlərə ilkin tibbi yardım göstərib: “Tibbi yardımdan sonra polis gəldi. Sonra onları başqa kampa apardılar”.

raynbax qacqin kampi

Məlumat üçün bildirək ki,  Raynbaxdakı “Şornbuşveq” qaçqın kampında Suriya,Əfqanıstan və İraqdan gələn qaçqınlarla yanaşı Almaniyadan sığınacaq tələb edən azərbaycanlı miqrantlar da yaşayır.