ABŞ Nyu-York ştatında Xristofor Kolumbun heykəli dağıdılıb.

“Qafqazinfo”  xəbər verir ki,  bu barədə yerli “12 News” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Yunkers şəhərində qeydə alınıb. Heykəlin naməlum şəxslər tərəfindən dağıdılığı bildirilib.

Hadisə ilə bağlı polis araşdırma aparmağa başlayıb.