Ölkəmizi təmsil edən komandanı xaricdə dəstəkləmək, səsini rəqib azarkeşlərin səsindən daha yüksək etmək başqa hissdir. Və yalnız onu yaşayanlar bilər. Çox xoş bir haldır ki, bu hissi yaşamışam. Uzun sözün qısası, sizə yaxşı, nisbətən ucuz yolla “Qarabağ” komandasını “Atletiko Madrid” komandası ilə səfər oyununda dəstəkləməyə dəvət edirəm. Ümumi xərc 360 avrodur. Nəyə nə qədər xərc çıxacağını aşağıda yazıram.

Uçuşumuzu Kutaisi və ya Tiflisdən yox, Bakıdan başlayırıq. Çünki bizə lazım olan tarixə Bakı-Budapeşt-Bakı reysinə bilet 100 avrodur.

  • GYD-BUD-GYD  30 OKT – 5 NOY (www.wizzair.com)

Budapeştdə yubanmırıq, elə aeroportdaca bir neçə saat növbəti – Budapeşt-Madrid reysini gözləyirik. Vaxtı şən keçirmək üçün Bakıdan gətirdiyimiz kolbasa çörəyi əridirik ???? Növbəti reysimizin vaxtı gəlir çatır və Madridə doğru yollanırıq.

Beləliklə axşamüstü 19:55 gəldik çıxdıq Madridə, İspaniyanın paytaxtına. Dərhal əvvəlcədən bron etdiyimiz hostelə (pul çoxdursa otel də olar) yollarınırıq. Hostel olaraq Madrid Motion Hostel seçilib (https://goo.gl/NVbz6K, 36 avro). Yol yorğunluğu olduğu üçün hostel ətrafında gəzişib 30 oktyabr 2017-ci il ilə sağollaşırıq. Növbətin gün oyun günüdür. Səhər tezdən yaxşı səhər yeməyi edib şanlı bayrağımıza bürünüb düşürük Madrik küçələrinə. Heç şübhəsiz həmyerlilərimizi və türkləri də görüb hal-əhval tutacağıq.

madrid-overview-sunsetovermadrid-xlarge

Oyuna bileti http://en.atleticodemadrid.com/tickets/ və ya http://allevents-az.tickets-partners.com/event/?q=eq,259449 linklərindən ala bilərsiniz. Qarabağ azarkeşləri üçün nəzərdə tutulan sektora biletlər təxmini 40 avro olacaq. 67700 tutumlu bu nəhəng stadion ilk dəfə Qarabağ komandasını qəbul edəcək.

Rəqib güclü olsa da oyun çox gərgin keçəcək. Oyundan yorğun, amma müsbət enerji ilə ayrılıb və növbəti 2 günü Madriddə keçirəndən sonra gedirik Budapeştə. Gecələmək üçün One Step Hosteli (https://goo.gl/kPhfLG, 18 avro) seçmişik Budapeşt haqqında burdan da öyrənə bilərsiniz. Üç gün də Macarıstanda qaldıqdan sonra geriyə- vətənə dönürük.

Beləliklə, üç gecə Madriddə, üç gecə də Budapeştdə qalmaqla həm oyuna baxdıq, həm də yeni ölkə, yeni mədəniyyət görmüş olduq.

Xərclərə qayıdaq, yekun vuraq:

  • Bakı-Budapeşt-Bakı 100 avro
  • Budapeşt-Madrid-Budapeşt 119 avro
  • Madriddə hostel: 36 avro
  • Budapeştdə hostel: 18 avro
  • Viza (Fransa səfirliyi): 35+11.5 (görüş seçmək)= 46.5 avro
  • Oyuna bilet: 40 avro

TOTAL: 360 avro

PS. bu hansısa tur deyil, kim istəsə özü üçün qeyd olunan linklərdən istifadə edilməklə səfəri təşkil edə bilər.

Azər İsmayıl Blogger
Azər İsmayıl
Blogger