Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasında bombanın olmasına dair xəbər yalan çıxıb.

Musavat.com-un Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, nazirliyin əməkdaşları yenidən öz iş yerlərinə qayıdıblar.

****

Bu gün səhər saat 10.26-da Ermənistan polisinə Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasına bomba qoyulması ilə bağlı məlumat daxil olub. 

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, məlumat alınandan sonra hadisə yerinə gələn operativ qrup nazirlik işçilərinin evakuasiyasına başlayıb. Hadisə yerində polis əməkdaşları fövqəladə hallar nazirliyinin nümayəndələri, təcili yardım briqadası, xilasedicilər və minatəmizləyənlər işləyir.

4c2dac24e196 48a1669c4285 629f465e0e0a afa03060c38b