Fərhad ÇAĞTÜRK/  Türkiyədə daha iki alman vətəndaşı həbs edilib. AzEuroNews.com-un məlumatına görə, Almaniyanın Daxili İşlər Nazirliyindən verilən açıqlamada iki alman vətəndaşının Türkiyədə saxlanılaraq məhkəmə qərarı ilə həbs edildikləri barədə məlumat yayıb. Hələlik alman vətəndaşlarının saxlanılması ilə bağlı Türkiyə tərəfindən rəsmi bir açıqlama verilməyib. Almaniya DİN-i isə, bu hadisənin onsuzda gərgin olan Türkiyə-Almaniya münasibətlərini uçuruma aparacağını bildirib.

Məlumat üçün qeyd edək ki, hazırda Türkiyədə 10-a yaxın alman vətəndaşı həbsdədir. Onların arasında “Die Wielt” qəzetinin Türkiyə müxbiri Dəniz Yücəl də var.