Ötən mövsümün reytinqli seriallarından olan “Fi” serialının ssenaristi layihəni yarımçıq tərk edib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, internet kanalında yayımlanan serialın prodüser şirkəti layihənin bütövlüyünə hakim olacaq ssenarist axtarışına çıxıb. Şirkət serialın yeni mövsüm çəkilişlərini çatdıra bilməməkdən narahatdır. Xatırladaq ki, “Fi”nin baş rol ifaçısı Serenay Sarıkayanın da layihədən ayrılmaq istədiyi iddia edilirdi.

Qeyd edək ki, erotik səhnələriylə məşhur olan “Fi”nin baş rol ifaçıları Serenay Sarıkaya, Ozan Güven, Mehmet Günsür və Berrak Tüzünataçdır.