TV8 kanalının sahibi Acun İlıcalı 1999-cu ildən yayımlanan məşhur “House Hunters” yarışmasını öz televiziyasına transfer edib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, veriliş8in adı “Əmlak ovçuları” olaraq dəyişdiriləcək. Proqramın prodüserliyini Haluk Şirin edəcək.

Formata əsasən əmlak ovçuları ölkəni qarış-qarış gəzərək hər bğlgənin ən yaxşı 3 əmlakçısını yarışmaya daxil edəcək. Hər gün bir ailəyə 3 ev göstəriləcək. Ev satılarsa və ya kirayəyə verilərsə, sahibi 3 xal qazanacaq.

5 gün sonra kim daha çox ev satar və ya kirayəyə verərsə, həftənin birincisi olacaq.