Rusiya prezidenti Vladimir Putinlə münasibəti olan Alina Kabayeva barmağında nişan üzüyü ilə görüntülənib.

“Ölkə.Az” xəbər verir ki, bu görüntü 64 yaşlı prezidentin 34 yaşlı gimnast ilə “evləndilər” iddiasına səbəb olub.

Əslən özbək olan Alina Kabayeva hazırda siyasətçidir. Uzun müddətdir onun Putinlə münasibəti olduğu bilinir. Əvvəllər də barmağında üzüklə görüntülənən Kabayeva yenə də üzük taxdığı üçün Putin iddiaları yenidən gündəmə gəlib.

İtaliyada iştirak etdiyi bir tədbirdə sağ barmağında nişan üzüyü olan Kabayevanın Putinlə gizli şəkildə evləndiyi iddia edilir. Rusiyada isə ancaq evli qadınlar sağ əlinin barmağına nişan üzüyü taxırlar.

Putin 2014-cü ildə 31 illik həyat yoldaşı Lyudmiladan ayrılıb. Deyilənə görə bu boşanmaya da Kabayeva səbəb olub. İddialara görə Putin və Kabayeva ötən il ailə qurub. Hətta uşaqlarının olduğu da deyilirdi.

İddiaların nə dərəcədə doğru və yanlış olduğunu bilmirik. Amma Kabayevanın sağ əlində ilk dəfədir ki, nişan üzüyü var.