Misir və ABŞ Silahlı Qüvvələri 8 illik fasilədən sonra birlikdə təlim keçirəcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, “Bright Star -2017” (Parlaq ulduz) adlı hərbi təlimlərə yaxın günlərdə start veriləcək.

Misir ordusunun məlumatına görə, hərbi təlimlər sentyabrın 10-dan 20-dək Misirin Əl-Əlameyn bölgəsində yerləşən Məhəmməd Nəcib hərbi bazasında baş tutacaq.

Qeyd edək ki, sonuncusu 2009-cu ildə baş tutan “Bright Star – 2017” hərbi təlimləri Misirlə ABŞ arasında strateji və təhlükəsizlik sahəsində əlaqələri gücləndirməyi hədəfləyir.