Südün qiyməti 30 qəpik bahalaşıb. Satıcılar südü fermerlərdən baha aldıqlarını deyirlər. AzEuroNews.com  “Xəzər xəbər”ə istinadən xəbər verir ki, fermerlər isə bahalaşmanı ot və yemin qiymətinin artmasında görürlər. Son bir neçə gündə südün qiyməti bahalaşıb. Fermerlərin sözlərinə görə , ötən illərlə müqayisədə südün hər bir litrinin qiymətində 10-30 qəpik arasında bahalaşma müşahidə olunur.

Satıcılar bahalaşmaya səbəb kimi ən çox otun və yemin qiymətinin qalxmasını göstərir. Bölgələrdə qiymət artımı paytaxt bazarlarına da təsirsiz ötüşməyib.Satıcılar əvvəlki vaxtlarla müqaisədə südü indi 20-30 qəpik daha baha alırlar.

Fermerlər deyirlər ki, ot və yem qiymətləri qalxmaqda davam edərsə, südün qiyməti daha da bahalaşa bilər.

[youtube https://www.youtube.com/watch?v=PnFTsD0vbBA]