BMT-nin müharibə cinayəti tədqiqatçıları apreldə Suriyaya edilən hücum barədə məlumat yayıblar.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, təşkilat həmin ayda Xan Şeyhun bölgəsinə hava hücumu zamanı zarin qazından istifadə edildiyini açıqlayıb.

Qeyd edilir ki, sözügedən hücum Əsəd rejimi tərəfindən həyata keçirilib. Suriya və Rusiya tərəfi isə kimyəvi hücum barədə iddiaları rədd edir.

Xatırladaq ki, aprel ayında baş vermiş hücum zamanı ən azı 89 dinc sakin ölmüşdü.