Müğənni Nura Suri məşhur brendlərdən birinin Azərbaycan üzrə siması seçilib. 

“Qafqazinfo” xəbər verir ki, ifaçı geyim markasının çəkilişi üçün kamera qarşısına keçib. Nura şəkillərini 204 minlik instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

Onun xarici görünüşündəki dəyişiklik də diqqətdən yayınmayıb.  Belə ki, müğənni illərdir ki, sadiq qaldığı imicini dəyişərək saçlarını bənövşəyi rəngə boyatdırıb.