Fərhad ÇAĞTÜRK/  Xəzər rayonunda kişi həyat yoldaşının boğazını kəsib . AzEuroNews.com-un məlumatına görə, hadisə Şüvəlan qəsəbəsi, Vidadi küçəsi, dalan 2, ev 35-də qeydə alınıb. 44 yaşlı Ağayev Əfqan Teymur oğlu həyat yoldaşı, 32 yaşlı Ağayeva Lalə Eduard qızını boğaz nahiyəsindən bıçaqlayıb.Yaralı təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Əməliyyat olunan qadının vəziyyəti ağır kimi qiymətləndirilir.

L.Ağayevanın yaxınlarının  verdikləri məlumata görə, Lalə 3-4 gün bundan qabaq əri Əfqanla dalaşaraq atasının evinə gəlib. Ötən gün isə Əfqan qaynatasıgilə gələrək Lalə ilə mübahisə edib və mətbəx bıçağı ilə onun boğaz nahiyəsinə bir neçə xəsarət yetirib. Zərərçəkənin yaxınlarının bildirdiyinə görə, Əfqanla Lalə bir müddətdir boşanmaq istəyirlər. Bu dəfə də Lalə atasının evinə boşanmaq niyyəti ilə gəlibmiş.

15 ildir ailəli olan cütlüyün 2 övladı var. Bu müddətdə Əfqan maşın ustası, Lalə isə saç ustası işləyib. Hadisədən sonra Əfqan Ağayev könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.