“Eşkıya Dünyaya Hükümdar Olmaz”ın yeni mövsüm üçün ilk treyleri yayımlanıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, baş rollarda Oktay Kaynarca, Deniz Çakır, Tarık Ünlüoğlu, Ozan Akbaba, Yunus Emre Yıldırımer və digərlərinin çəkildiyi ekran işi bu aydan etibarən tamaşaçılara təqdim olunacaq.

Yeni seriyaların üçüncü mövsüm daha maraqlı olacağı bildirilir.

Videoçarxdan da göründüyü kimi, filmin baş qəhrəmanı Hızır Çakırbeyli ailəsi ilə birlikdə bağ evində istirahət edir.

O, işlərdən çəkilərək yerinə qardaşını təyin edib. Amma ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi onun ölüm fərmanını verir. Seriyada ailənin hansısa üzvü qətlə yetirilir.