Azərbaycanlı gəlin namizədi Nurlana “Zühal Topalla” izdivaç proqramı haqqında qalmaqallı açıqlamalar verib.

“Qafqazinfo” xəbər verir ki, instaqramda canlı yayıma qoşulan gənc qız verilişin saxta olduğunu iddia edib.

O, hər şeyi pul qarşılığında etdiklərini bildirib:

“Biz rol oynayırdıq. Hər şey ssenariyə uyğun olaraq həyata keçirilirdi. O qədər efirə çıxdıq, qalmaqallar etdik. Amma pulumuzu vermədilər”.

Xatırladaq ki, Nurlana azərbaycanlı bəy Əli Əkbərə namizəd olduqdan sonra məşhurlaşmağa başlayıb.