Böyük Britaniyanın “Jaguar Land Rover” şirkəti 2020-ci ildən etibarən istehsal ediləcək hər bir yeni avtomobil tam elektrik yaxud hibrid mühərriklərlə təchiz olunacağını elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İlk tam elektrik mühərrikli modelin “Jaguar I-Pace” olması və 2018-ci ildə satışa çıxarılması gözlənilir.

Şirkət bununla müştərilərə daha da geniş seçim imkanı verməyi nəzərdə tutur.

Qeyd edək ki, Böyük Britaniyanın ən iri avtomobil istehsalçısı olan “Jaguar Land Rover”ə Hindistanın Tata qrupu nəzarət edir.