Ötən gün Günəşdə daha bir böyük partlayış baş verib.
Trend-in məlumatına görə, bu barədə “GOES-15” peykinin ötürdüyü məlumatlara istinadən xəbər verilib.
Günəşdəki bu dəfəki partlayış Х aktivliyində qeyd olunub.
Qeyd edək ki, sentyabrın 6-da Günəşdə son 12 ilin ən güclü partlayışı baş vermişdi.
Alimlərin fikrincə, baş vermiş bu hadisə Günəş nüvəsində baş verən dəyişikliklərin qanunauyğun nəticəsidir.