Yol hərəkəti haqqında qanunda bildirilir ki, avtomobili lazımsız yerə az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq qadağandır.

“AzEuroNews” Xəzərxəbər.az-a istinadən xəbər verir ki, ancaq inzibati xətalar məcəlləsində bununla bağlı cərimə nəzərdə tutulmayıb. Ekspertlərə görə, bu boşluqdan sui istifadə edən sürücülər var. Buna görə də, qanunun təkminləşdirilməyə ehtiyacı var.

Bəzi sürücülər də elə bu şəxs kimi edir. Yəni sürət həddi 120-lik yolda 80-lə, 100-lük yolda isə 60-la maşın sürənlər az deyil. Bu isə digər nəqliyyat vasitələrinə maneələr yaratmaq deməkdir.

Ekspert Azər Allahverənovun sözlərinə görə, yol hərəkəti haqqında qanuna görə, lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq qadağandır.

Ekspertə görə, məcəllədə bu qadağa ilə bağlı sanksiyanın nəzərdə tutulmaması sürücülər tərəfindən sui-istifadə hallarına gətirib çıxarır

Azər Allahverənov qeyd edir ki, bu kimi sui-istifadə hallarının qarşısını almaq üçün mütləq qanunvericilik təkminləşdiriləmlidir və bəzi qadağalara görə, cərimə nəzərdə tutulmalıdır.

Sürücülərin bu cür qadağalara məhəl qoymaması qəzaların sayının artmasını qaçınılmaz edə bilər.