“Deliha” filminin davamını çəkməyə hazırlaşan aktrisa Gupse Özay rolu üçün kökəlib. 

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Barış Arduçla sevgili olan Gupse yaradıcılığında da uğurlu addımlar atmağa davam edir. Həm ssenarisini yazdığı, həm də rejissorluq edəcəyi “Deliha 2”nin çəkilişləri üçün hazırlıqlara başlayan aktrisa yeni fotosunu paylaşıb.

O, şəklə “Mənim canım Deliha göbəyim” yazıb. Fanatları bir tərəfdən işinə bu qədər bağlı olduğu üçün Özayı təbrik etmiş, digərləri isə kökəlib-arıqlamağın səhhətinə vuracağı ziyandan bəhs edib.

deliha-azeuro-1