Türkiyənin tanınmış aktrisası Gamze Topuz sevgilisi Tümer Metindən ayrılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisanın özü sosial şəbəkədə məlumat yayıb:

“Tümer Metinlə 8 aydır ki, sevgiylə davam etdiyimiz münasibəti bir-birimizi yormadan, aramızdakı sevgi və hörməti itirmədən sonlandırırq. Bu dövrdə sizdən də eyni həssaslığı göstərməyinizi xahiş edirəm”.

Qeyd edək ki, iki məşhur sima bir neçə həftə bundan əvvəl küçədə dava edərkən kameralara tuş gəlmişdilər.