Yaponiyada qəribə hadisə baş verib.

Hadisə Okinava şəhərində baş verib. 32 yaşlı kişi sevgilisini İrabu körpüsünə aparıb. Avtomobildən enərək evlilik təklifi edib. Sevgilisindən “hə” cavabı alan şəxs sevincindən 120 santimetrlik məhəccərə tullanıb. Amma özünü saxlaya bilməyərək 30 metr hündürlükdən yerə yıxılıb.

Qadın dərhal polisə müraciət edib. 7 saatlıq axtarış-xilasetmə işlərindən sonra kişinin meyiti tapılıb.