Müsavat Partiyasının başqanı Arif Hacılının “Yeni Müsavat” qəzeti və baş redaktoru Rauf Arifoğlu barədə söylədiyi fikirlər partiyadan növbəti qopmaların baş verməsinə səbəb olub.

AzVision.az-ın məlumatına görə, artıq Rauf Arifoğlunun tərəfdarı olan müsavatçılar partiyadan istefa verməyə başlayıblar.

Belə ki, “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov və yazar Elşad Paşasoy partiyadan istefa verdiklərini bəyan ediblər.