Fərhad ÇAĞTÜRK/  Əvvəlcə xidməti avtomobilinə pomidor atdılar, “Bizim uşağımız var, sənin yox” yazılı plakat açdılar, daha sonra fitə basıb danışmağına icazə vermədilər. AzEuroNews.com-un məlumatına görə, bütün bunlar Almaniya kansleri Angela Merkelin seçki kampaniyası üçün getdiyi Volqast şəhərinə baş verib.

Belə ki, Volqast şəhərində seçkiqabağı tədbirin keçirildiyi əraziyə gələn Almaniya kansleri Angela Merkelin avtomobilinə pomidor atıblar. “Bizim uşağımız var, sənin yox” yazılı plakat açan sağçı “Almaniya üçün Alternativ” (AfD)  tərəfdarları fit çalıb, əcaib səslər çıxararaq Merkelin çıxış etməsinə mane olmağa çalışıblar.

Kansler tədbir iştirakçılarını 24 sentyabr tarixində keçiriləcək Bundestaq seçkilərində Xristian-Demokrat İttifaqına səs verməyə çağırıb.

Xatırladaq ki, bundan əvvəl Heydelberq şəhərində çıxışı zamanı Merkelin özünə pomidor atılmışdı.