İdmançılarımız və Azərbaycan nümayəndə heyəti Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına yola salınır. 

Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yola salma mərasimində idman ictimaiyyətinin nümayəndələri, idmansevərlər, KİV-lərin nümayəndələri iştirak edirlər. İdmançılarla birgə Gənclər və idman naziri Azad Rəhimov da Rioya yola düşüb.