Astronomlar Günəşdə daha bir güclü partlayış qeydə alıblar.

AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə NASA-nın saytı məlumat yayıb. Məlumatda qeyd olunub ki, partlayış M8.1 kateqoriyasına aiddir.

Qeyd edək ki, ötən gün Bakı vaxtı ilə saat 12:00-da Günəşdə güclü partlayış baş verib. Partlayış ən yüksək hesab olunan X kateqoriyasına aid edilir.

Xatırladaq ki, bir neçə gün öncə son 12 ilin ən güclü partlayışı qeydə alınıb. Bir-birinin ardınca qeydə alınan partlayışlar peyklərin işinə təsir edə bilər. Partlayış X kateqoriyasına aid edilir.

Günəşdə baş verən partlayışlar Yerə maqnit qasırğası formasında təsir edir. Bu isə meteohəssas insanların səhhətində özünü mənfi formada biruzə verir.