ABŞ prezidenti Donald Tramp və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Tərəflər danışıqlar zamanı Yaxın Şərqdə sülh və stabilliyin əldə olunması məsələlərini müzakirə ediblər.