Fərhad ÇAĞTÜRK/  Suriyadan qaçaraq Avropaya getmək istəyən miqrantları daşıyan rezin qayıq Türkiyədə durdurulub. AzEuroNews.com-un məlumatına görə, Egey dənizi sahilində Türkiyə Dəniz  Donanmasına aid əsgərlər tərəfindən durdurulan qayıqdakı miqratlardan biri əsgərləri öz uşağı ilə hədələyib. Belə ki, suriyalı ata əsgərlərə onların qarşısını alacaqları təqdirdə uşağını dənizə atacağını söyləyib.

Aylan faciəsi
Aylan faciəsi

Əsgərlər qəzəbli atanı dilə tuturaq ikinci bir Aylan faciəsinin qarşısını alıblar. Daha sonra qayıqdakı 51 nəfər bir-bir dəniz donanmasına aid qayıqa mindirilib. Onlar daha sonra Türkiyə Miqrasiya İdarəsinə təslim ediliblər.

22d601fba4d0fa7d92013727ec31f0af 29b0f09ba1ade0ac263c6ada8c742994 34a9fed801e87dbd953a4cb1b1f7854a e470bfecbe0b452fd4b054c1f1d8d8e2