Müğənni-bəstəkar Emin Ağalarovun “A-studio” qrupu ilə oxuduğu “Esli tı ryadom” adlı mahnısına çəkdirdiyi klip “Youtube” kanalında izlənmə rekordu qırıb.

Axşam.az-ın məlumatına görə, ekran işi 2 gün içində 2,1 milyon dəfə izlənilib.

İfaçılar bu rəqəmlərin hələ daha da artacağına inanırlar. Klipi izləyənlər isə ekran işi ilə bağlı müsbət rəylər yazıblar.

“Esli tı ryadom”ın rejissorluğunu Yuri Yaruşnikov edib.