Fərhad ÇAĞTÜRK/ Abşeronda dəhşətli qətl törədilib. 50 yaşlı rayon sakini 38 yaşlı sevgilisini və onun atasını qətlə yetirib. AzEuroNews.com-un məlumatına görə, Hadisə ötən gecə saat 12 radələrində Bakı-Şamaxı yolunun Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Abşeron rayonunun Müşfiq qəsəbəsində yaşayan Sahib Hacıyev qeyri rəsmi münasibətdə olduğu 38 yaşlı Samirə Allahverdi qızı Əsədovanı və onun atası 64 yaşlı  Allahverdi Bədirxan oğlu Əsədovu Sulutəpə dairəsində bıçaqla qətlə yetirib. Hadisə şahidlərindən əldə etdiyimiz məlumata görə hadisə ğısqanclıq zəminində baş verib. Sahib Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə  Samirə Əsədovanı atasının maşını ilə gedərkən təqib edib. Buna baxmayaraq Sairənin atası Allahverdi Əsədov avtomobilini saxlamayıb. Bu zaman Sahib Hacıyev idarə etdiyi avtomobili Allahverdi Əsədovun avtomobilinə çırpıb. Sonra isə maçından düşərək əvvəlcə Samirə Əsədovanı, sonra isə onun atasını öldürərək hadisə yerini tərk edib.

Hadisədən bir qədər sonra cinayəti törədən Sahib Hacıyevin yeri müəyyən edilərək saxlanılıb. Faktla bağlı Abşeron rayin Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır.

5ddb11e7-3d92-42ce-b30b-acd9b5be3b8e 764fece7-a566-4ef5-8d4e-a81b708c3bcf aa9d3a89-f8c9-4e2f-8819-a23e6b9350e0