Kanadada qar və buzdan düzəldilmiş otel fəaliyyət göstərir.

AzEuroNews.com azertac-a istinadən xəbər verir ki, turistlərin sevimli gəzinti yerinə çevrilən otel daha çox buzdan “tikilmiş” muzeyə bənzəyir.

Kvebek şəhərinin mərkəzində yerləşən otelin əsl pəncərələri yoxdur. Buradakı pəncərə, stol və stullar, çarpayı belə, qar və buzdan hazırlanıb.

Otel buraya gələn hər bir insanda böyük təəssürat yaradır.