Fərhad ÇAĞTÜRK/  Myanmada buddist soyqırımından qaçan arakanlı müsəlmanlar Banqladeşə sığınsalar da, burda da böyük çətinliklə üzləşiblər. AzEuroNews.com-un məlumatına görə, qida yetərsizliyindən son bir həftədə 200 arakanlı uşaq aclıqdan ölüb.

Banqladeşdəki insan haqları təşkilatlarının məlumatına görə, hazırda bu ölkəyə sığınan arakanlı müsəlmanlar yetərsiz qida, içməli su və soyuq havanın səbəb olduğu xəstəliklərdən əziyyət çəkirlər.

Məlumata görə, Banqladeşdəki xəstəxanalarında ağır vəziyyətdə olan 800-dən çox arakanlı uşaq müalicə alır.