Fərhad ÇAĞTÜRK/  Almaniyada azyaşlılara təcavüz edən 8 əfqanın deportasiyası həyata keçirilib. AzEuroNews.com-un məlumatına görə, deportasiya edilən əfqan gənclər Dortmundda qaldıqları çadır kampda azyaşlı qızlara təcavüz ediblər.

8 əfqanın azyaşlı qıza təcavüz etdiyi kamp
8 əfqanın azyaşlı qızlara təcavüz etdiyi kamp

Hadisə barədə alman polisinə xəbər verildikdən sonra onlar kampdan polisin müvəqqəti təcridxanasına köçürülüblər. Daha sonra məlum olub ki, həmin şəxslərin sığınacaq istəyi Almaniya Qaçqınlar və Miqrasiya İdarəsi (BAMF) tərəfindən rədd edilib. Eyni zamanda onlar qərardan məhkəməyə şikayət üçün nəzərdə tutulan müddəti də çoxdan ötürüblər.

Polis deportasiya olunanları hava limanına aparır
Polis deportasiya olunanları hava limanına aparır

Belə olan halda azyaşlı qızlara təcavüz edən əfqanların deportasiya prosesi gerçəkləşdirilib.  Düsseldorf hava limanına gətirilən əfqanlar Düsseldorf-Tiflis, Tiflis-Kabil reysi ilə ölkələrinə yola salınıblar.

Düsseldorf-Tiflis reysi
Düsseldorf-Tiflis reysi

Əfqanların ölkələrinə göndərilməsinə etiraz edənlər də olub. Hava limanına gələn bir qrup miqrant “Əfqanıstan təhlükəsiz deyil”, “Heç kim qanunsuz deyil”, “Deportasiyalar durdurulsun” kimi yazılı plakatlar açaraq etiraz ediblər.

Əfqanların ölkələrinə göndərilməsinə etiraz edənlər
Əfqanların ölkələrinə göndərilməsinə etiraz edənlər