ARB TV-də daha bir məşhur sima aparıcı olacaq. “Qafqazinfo” xəbər verir ki, əməkdar artist Mehriban Xanlarova “Qayınana” adlı proqramla tamaşaçı qarşısına çıxacaq. 

Bu barədə aktrisanın özü instaqramda məlumat verib. Xanlarova çəkiliş zamanı lentə alınan fotoları izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, sözügedən kanal bu sezon qalmaqallı məşhurları efirə cəlb edib. Əli Mirəliyev, Günel Ələkbərova kimi ictimaiyyət arasında  tənqidlərə məruz qalan şəxslər aparıcı kimi özünü sınayırlar.