Ötən gün “Mələyin öpüşü” filminin qala gecəsi keçirilib.  Təqdimat Nizami Kino Mərkəzində baş tutub. 

“Qafqazinfo” xəbər verir ki, melodrama janrında çəkilən ekran işinin premyerasında tanınmış incəsənət xadimləri, şou nümayəndələri iştirak edib.

Gecəyə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də qatılıb.

Əvvəlcə layihənin aktyor heyəti qırmızı xalça üzərinə çıxıblar, fotoqraflara poza verib jurnalistlərin suallarını cavablandırıblar.

“Mələyin öpüşü”nün baş qəhrəmanı Oksana Rəsulova premyerada iştirak edən hər kəsə təşəkkür edib və çox həyəcanlı olduğunu bildirib. İlk dəfə aktyor kimi böyük layihədə özünü sınayan Elşad Xose isə filmin uğur qazanacağına əmin olduğunu söyləyib.

Daha sonra filmin nümayişi keçirilib.

Qeyd edək ki, layihənin quruluşçu rejissoru Əskər Əli Hacızadədir.

[youtube https://www.youtube.com/watch?v=jJqs06CemZM]