Ölkəmizin çox yerində olsam da indiyə kimi Xınalıqda olmamışdım. Bu yay bir dəfə getməyə cəhd eləmişdim, amma yola qaya parçası uçduğu üçün cəhdim uğursuz oldu. Ötən həftəsonu fotoqraf dostum Fəxri ilə ailəvi Qubaya səfər etdik. Ənənəyə uyğun olaraq yenə kənd evində qalmağı planlamışdıq. Booking.com və airbnb.com-u ələk-vələk elədik, amma orda uyğun variant olmadı. Axırı yeniemlak.az saytından Amsar kəndində ev tapdıq. Evin şəkilini görən kimi bəyəndim. Belə bir evdə yaşamaq həmişə arzum olub ????

Ev haqqında: http://yeniemlak.az/elan/926236 * 1 gecə – 60 AZN * maks. 6 nəfər*

Evə yerləşdik, nahar etdik və yollandıq Xınalığa. Bəxtimizdən hava yaxşı idi. Ötən dəfə ilişib qaldığımız yeri keçdik, bir az getmişdik ki, palçıq bataqlığı ilə qarşılaşdıq. Bir az tərəddüd etdikdən sonra davam etdik. Avtomobilim sedan olmağına baxmayaraq ilk sınaqdan uğurla keçdi ????

21728019_1381538351893782_1229757686881704789_n 21728019_1381538358560448_8270137898110157169_n

Qəçrəş-Xınalıq yolu bir neçə il qabaq yaxşı asfaltlanıb, amma relyefin dağlıq ərazi olması yolun tez sıradan çıxmasına səbəb olur. Yolun bəzi yerlərində bir maşınlıq enlilik qalıb, bu isə təcrübəsiz sürücülər üçün bir az təhlükəlidir. Bəzi yerlərdə çox sərt yuxuşlar (podyom) var idi, avtomat sürət qutusu kiçik ölçülü motorla əziyyət çəkirdi, nəzərə alsaq ki maşında sürücü ilə birlikdə 4 nəfər var idi, amma tiptronikin olması problemi həll etdi. Bilirəm, bu texniki məsələlər çox adama maraqlı deyil, amma sürücülər üçün faydalı ola bilər.

XINALIQ

Bu kənd çox gözəldir, haqqında burdan oxuya bilərsiniz.

 

ÇƏNLİBEL GÖLÜ

Səhər yeməyindən sonra Çənlibel gölünə tərəf istiqamətləndik. Bu gölə  də ilk dəfə idi ki, gedirdim. Gölün ətrafı gözəl meşəlikdir və gəzinti üçün idealdır. Bu kicik yaxtada gəzinti 4 manatdır.

888a1177 888a1245 888a1248 888a1323 888a12981 21728019_1381538348560449_6139107739691881394_n imag5043 imag5076 imag5081

Qəçrəş-Xınalıq yolundan çəkdiyim qısa video yəqin ki, sizə maraqlı gələr ????

Azər İsmayıl Blogger
Azər İsmayıl
Blogger