Amerikalı alimlər dəhşətli proqnoz açıqlayıblar.

Tədqiqatçıların qeydləri Medison universitetinin internet səhifəsində dərc edilib. Bu material planetlərin orbitdəki hərəkəti və onun bəşəriyyətin tarixinə təsiri haqqındadır.

Kolorado çayı və Şimali Amerika kanyonlarındakı əhəng və şis qatlarını müşahidə edən alimlər “Günəş sisteminin xaotikliyi” teoriyasını sübut edən faktlar tapıblar. Bu teoriya isə səma cismlərinin toqquşması ehtimalını irəli sürür.

Qeyd edilir ki, yaxın vaxtlarda Günəş sistemi stabil fəaliyyət göstərəcək. Amma uzaq gələcəkdə Mars öz orbitindən çıxacaq və bu zaman Yerlə toqquşması qaçınılmaz olacaq.