Mütəxəssislər “Youtube”un smartfon və planşetlərdə naməlum funksiyalarını açıqlayıblar.

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, bu funksiyalar videolara baxarkən yeni imkanlar yaradacaq.

Ekspertlər deyir ki, smartfon və ya planşetin displeyinə basdıqda videonu 10 saniyə irəli və geri fırlatmaq olur. Ekrana iki dəfə basdıqda, fırlatma davamlı olur.

Bundan başqa, “Youtube”da panoram videoya baxmaq funksiyası da var. Bunun üçün axtarış yerində “360 dərəcə video” yazmaq və smartfonu ətrafa fırlatmaq lazımdır.

Videonun səsini fon rejiminə qoymaqla videoroliki dinləyərkən samrtfondan istifadə edə bilərsiniz. Bu funksiyanı işə salmaq üçün “Chrome” və ya “Firefox” brauzerindən “Youtube”a daxil olmaq, parametrlərdə “tam versiyanı aç!” bölməsini seçmək, videonu işə salmaq və brauzerdən çıxmaq lazımdır. Bu zaman videonun səsi fon rejimində olacaq.