Əməkdar artist Xumar Qədimovanın “Doğulduğum ev” mahnısının sorağı Londondan gəlib.

Axşam.az xəbər verir ki, bəstəni “Umut Radio” yayımlayıb. Bu haqda Qədimova İnstaqram səhifəsində yazıb.

“Sevənlərim, sizlə bir məqamı paylaşmaq istiyirəm. Dünən mahnımız Londonda fəaliyyət göstərən türk radiosunda, dəyərli Nazar xanım tərəfindən səsləndirilib. Buradan “Umut” radiosuna, Nazar xanıma sevgilərimi göndərirəm” deyə, müğənni bildirib.