Almaniyada 24 sentyabr tarixində parlament seçkiləri keçiriləcək.

“Ölkə.Az” xəbər verir ki, Angela Merkelin partiya blokunun populyarlığı 36 faizə düşüb. Bu, aprel ayından bu yana ən aşağı göstəricidir. O dövrdə partiyanın reytinqi 44 faiz idi.

Sol görüşlü partiyalar 10 faizlik nəticə göstəriblər. Angela Merkelin rəqibi isə seçicilərin 23 faizinin rəğbətini qazanıb. Sonra isə 9 faizlik səslə “Almaniya üçün alternativ” partiyası var. “Yaşıllar” isə seçicilərin cəmi 8%-inə etimad edə bilərlər.

Qeyd edək ki, sorğuda 2 min vətəndaş iştirak edib.