Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan bu gün Bakıya gələcək.

AzVision.az xəbər verir ki, erməni deputatlar Bakıda keçiriləcək “Avronest” Parlament Assambleyasının iclasında iştirak edəcəklər.

Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov məlumatı təsdiqləyib. Bildirib ki, sentyabrın 22-ə planlaşdırılan iclasda ermənideputatların iştirakı təsdiqlənib.