Yüngül atletika üzrə altıqat  Olimpiya çempionu Yamaykalı Useyn Bolt, braziliyalı uşaqları Rionun şimalında yerləşən, milli komandasının məşq bazasına dəvət edib.

AzEuroNews TASS agentliyinə istinadən xəbər verir ki, Bolt Facebook səhifəsində paylaşdığı şəkildə, onlarla uşaqla birlikdə  öz qeyri-adi qələbə nişanını göstərib.

Useyn şəkilə “Bu uşaqlar Rionon ən təhlükəli icmalarında yaşayırlar. Onlar bizim gələcəyimizdir və mən bugün onlarla  görüşməyimə çox şadam ” –şərhi əlavə edib.

Qeyd edək ki, 2016 Olimpiya Oyunları 5-21 avqustda keçiriləcək.Qaçışda 100 metr final yarışı avqustun 14-də baş tutacaq.