Fərhad ÇAĞTÜRK/ Almaniyanın Ahlen şəhərindəki ən böyük qaçqın kamplarından biri söküləcək. AzEuroNews.com-un məlumatına görə, Münster İdarə Məhkəməsi bir qrup Ahlen şəhər sakininin şikayəti əsasında keçirilən prosesə yekun vurub. Məhkəmə şəhərin mərkəzindən bir qədər aralıda yerləşən və əvvəllər orta məktəb kimi fəaliyyət göstərən kampın sökülməsi ilə bağlı yekun qərar verib.

Kamp kimi istifadə olunan orta məktəb binası / Ahlen
Kamp kimi istifadə olunan orta məktəb binası / Ahlen

Qeyd edək ki, bundan önçəki prosesdə məhkəmə kampın bağlanması ilə bağlı qərar vermişdi. Nəticədə kampda qalanlar digər yaxın şəhərlərdəki kamplara transfer edilmişdilər.

Transfer olunanlar içində xeyli azərbaycanlı da var idi.

2014-cü ildə bağlanan məktəb Suriya qaçqınlarının qalması üçün kamp şəklinə salınıb. Daha sonra bu kampa ancaq Əfqanıstan, Pakistan, Hindistan, Ermənistan, Gürcüstan və Azərbaycandan gələn miqrantlar transfer edilib. Orta məktəbdə şərait yetərli səviyyədə olmadığından bəzən bir otağı 2-3 ailə bölüşmək məcburiyyətində qalıb.

 2014-cü ildə bağlanan məktəb Suriya qaçqınlarının qalması üçün kamp şəklinə salınıb
2014-cü ildə bağlanan məktəb Suriya qaçqınlarının qalması üçün kamp şəklinə salınıb

Bu kampa transfer 2016-cı ilin sonunda dayandırılıb. Səbəb isə, uşaqlar arasında yoluxucu xəstəliyin yayılması olub. Kampda karantin elan edilib. Daha sonra Ahlen şəhər camaatı miqrantlar tərəfindən artan oğurluq hallarının çoxalması ilə bağlı məhkəməyə müraciət ediblər. Münster şəhər İdarə Məhkəməsində baxılan işlə bağlı ilkin qərar kampın fəaliyyətinin dayandırılması və miqrantların ordan köçürülüməsi olub.

20161209_122638

Məhkəmənin ikinci və yekun qərarında isə, məktəb binasının yenidən istifadəsi qadağan olunub və sökülməsi tövsiyyə olunub.