Bu gün futbol üzrə Azərbaycan I divizionunda 2017/2018-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan püşkatma mərasiminin nəticələrinə əsasən I turda aşağıdakı komandalar üz-üzə gələcəklər.

I  tur (3-4 oktyabr)
“Xəzər” – “Mil-Muğan”
“Turan Tovuz” – “Şüvəlan”
“Ağsu” – “Zaqatala”
MOİK – “Qaradağ Lökbatan”
“Sabah” – “Binə”

Qeyd edək ki, bu klublardan “Xəzər”, “Şüvəlan” (keçmiş AZAL), “Sabah” və “Binə” I divizionun debütantlarıdır. “Sabah” “Vətən” adı ilə çempionata qatılan klubun yeni adıdır.

Xatırladaq ki, “Vətən” Təhsil Nazirliyinin balansında yaradılmış klubdur. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Badminton və Qılıncoynatma Federasiyasının prezidentidir.