Fərhad ÇAĞTÜRK/ Avropa Şurasının İşgəncələrə Qarşı Komitəsinin  (CPT) yaydığı hesabat əsasında Yunanıstana xəbərdarlıq olunub. AzEuroNews.com-un məlumatına görə, sözügedən ölkəyə edilən xəbərdarlıq Midilli, Saqqız ,Sisam adaları ilə yanaşı Afina və Solaniki kimi şəhərlərdə qaçqınların saxlanıldığı kamplarda aparılan monitorinqlərin nəticəsinə əsasən olub.

Belə ki, hesabatda Yunanıstanın qaçqınlarla pis rəfdar etdiyi, hətta işgəncə verdiyi açıq şəkildə qeyd olunub. Hesabatın diqqət çəkən hissəsi isə, valideynsiz uşaqların məcburi əməyə cəlb olunması, onlara geyim verilməməsi, hətta bəzilərinin ayaqqabısız, corabsız işlədilməsi, polisin qaçqınları döyməsi kimi faktlardır.

Yunanıstan tərəfi isə, hesabatda qeyd olunana faktları qəbul etməyib. Ölkənin miqrasiya idarəsindən verilən açıqlamada qeyd olunub ki, faktlar yalandır: “Onlar digər Avropa ölkələrinə xüsusilə, Almaniyaya getmək üçün yalandan işgəncəyə məruz qaldıqlarını deyirlər. Kamplarda heç bir uşaq əməyindən istifadə olunmur. Biz onlara isti geyim veririk amma, onlar bundan imtina edirlər”.